Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqlar üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə millət vəkilləri, incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər autizm sindromlu uşaqların və ailələrinin cəmiyyətin həssas qrupuna aid olduğunu, onlara xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd ediblər.

Sonra il ərzində fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizm sindromlu idmançılara hədiyyələr verilib.

Bədii hissədə ifa olunan mahnılar və rəqslər həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb.