Yeni il bayramı günlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında azyaşlılar üçün “Məlikməmməd” uşaq tamaşası və şənlik təqdim olunacaq.

Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Əməkdar artistlər Mehriban Xanlarova və Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Şəhla İsmayılova, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov və Məhsəti Tahirzadə iştirak edirlər.

Yeni il şənliyi yanvarın 5-dək davam edəcək. Səhnə əsəri saat 11:00, 13:00, 15:00 və 17:00-da oynanılacaq.