Dekabrın 30-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Saniyə əqrəbi, yaxud istintaqı Şaxta baba aparır” adlı Yeni il tamaşasının premyerası olacaq.

Macəraçı nağılçı Olqa Lifintseva tərəfindən yazılmış pyesə rejissor Emin Mirabdullayev quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Səmra Axundova, xoreoqrafı Əməkdar artist Mariya Dubovitskaya, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.