Salyan Dövlət Kukla Teatrı 2022-ci il üçün son premyerasını nümayiş etdirib. “Şaxta babaya məktub” adlanan tamaşaya dəvət edilən tamaşaçıların böyük əksəriyyəti şəhid və qazi ailələri, onların övladları olub.

Rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova olan tamaşa 2 yanvar tarixinədək hər gün iki seansda təqdim ediləcək.