Hər il balacaları sevindirmək, onlarda bayram ovqatı yaratmaq üçün fərqli mövzularda səhnə nümunələri hazırlayan Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə Hans Xristian Andersenin “Qar kraliçası” nağılını səhnəyə gətirib.

“Qar kraliçasının Yeni il sərgüzəştləri” adlı nağıl-tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Dekabrın 26-dan başlayan nümayişlər 2023-cü ilin 8 yanvarınadək hər gün 4 seans olmaqla (saat 12:00, 14:00, 16:00 və 18:00) davam edəcək.