Azərbaycan festivalda ən çox alış-veriş edən ölkələr sırasında ikincidir
   
   İyunun 9-dan 29-dək Türkiyənin İstanbul şəhərində növbəti ticarət festivalı - «İstanbul Shopping Fest» keçiriləcək.   
   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhmed Arslanın sözlərinə görə, ötən il festivalda 10 milyondan çox turist iştirak edib. Bu il bu rəqəmin daha da artması gözlənilir. 2011-ci ildə festivala Azərbaycandan 578 min turist gedib. “İstanbul Shopping Fest”ə gələn qonaqlar arasında birinci yeri İran, ikinci yeri Azərbaycan təmsilçiləri tutur.
   «İstanbul Shopping Fest»in baş direktoru Füsun Sönmez isə qeyd etdi ki, artıq ikinci dəfə reallaşdırılan festival bu il daha möhtəşəm olacaq: «Məqsədimiz daha çox turisti İstanbula gətirməkdir». Onun sözlərinə görə, 2011-ci ildə 40 gün ərzində İstanbulda ümumi ticarət rəqəmi 26 faiz artaraq mənfəət rəqəmi 8 milyard lirəyə çatıb: «Bu il 21 gün davam edəcək «İstanbul Shopping Fest»in hədəfi gəliri 7 milyarda çatdırmaqdır”.
   Baş direktor qeyd etdi ki, festival müddətində ciddi endirimlər (50 faizədək) olacaq, alış-veriş mərkəzləri gecə saat 2-dək işləyəcək. Tədbir boyunca küçə şənlikləri, konsertlər, moda nümayişi, yarışlar, xaricdən gəlmiş xüsusi qrupların şouları və geyim nümayişləri, İstanbulun tarixi yerlərinə səyahətlər nəzərdə tutulur. 

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar