Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən gənc pianoçuların müsabiqəsi başa çatıb.

Kiçik və böyük yaş qrupları üzrə keçirilən müsabiqənin bədii rəhbəri BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti, professor Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri BMA-nın prorektoru Xalq artisti, professor Yeganə Axundovadır.

Müsabiqədə ilk üç yerin qaliblərinə diplomlar, şəhər və rayonlardan müsabiqəyə qatılan iştirakçılara isə sertifikatlar təqdim olunub.