Xəbər verdiyimiz kimi, Yeni il münasibətilə İçərişəhərdə “Sehrli qala” festivalı keçirilir. Festivalın proqramına müxtəlif əyləncəli oyunlar, musiqi nömrələri, sərgilərin təşkili və digər tədbirlər daxildir.

Yanvarın 6-da İçərişəhərdəki Bakı Fotoqrafiya Evində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəllikləri” adlı fotosərgi (kurator və layihə müəllifi Rüstəm Hüseynov) açılacaq.

Sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, eləcə də gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.

“Azərbaycanın qış gözəllikləri”  fotosərgisi yanvarın 12-dək davam edəcək.