Azərbaycan Dövlət “Yuğ” Teatrı yanvar ayı üçün repertuarını elan edib.

Kollektivi yanvarın 7-də “Vəsvəsə”, 8-də “Elçilik”, 14-də “Kloun Bizz”, 15-də isə “Toy dəstgahı” tamaşalarını nümayiş etdirəcək.

Bundan başqa, yanvarın 21-də “Lənət”, 22-də “Quş dili”, 28-də “Toy dəstgahı” və 29-da “Şəbədə” tamaşaları göstəriləcək.

Səhnə əsərləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq. Tamaşalar saat 19:00-da başlayır.

***

Azərbaycan Dövlət Pantomima Teatrı da yanvar ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Yanvarın 8-də “Ağ bığlılar”, 14-də “Undergraund”, 15-də isə “Pantomima buketi” tamaşaları göstəriləcək.

Yanvarın 21-də “Yük”, 22-də “6+1 nömrəli palata”, 28-də “Dejavü” və 29-da isə “Yük” tamaşaları nümayiş olunacaq.

Səhnə əsərləri saat 18:00-da təqdim ediləcək.