Azərbaycan Turizm İnstitutunun (ATİ) 500 nəfər tələbəsi «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar müxtəlif tədbirlərə cəlb olunub. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanovun sözlərinə görə, onlar əsasən linqvistika fakültəsinin tələbələridir. Seçim zamanı tələbələrin dil bilgiləri əsas götürülüb. Bundan başqa, tələbələrin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan əvvəlki tədbirlərdə iştirak təcrübəsi də nəzərə alınıb: «Tələbələr üçün qonaqları qarşılamaq, hotelə gətirmək, onları müxtəlif tarixi məkanlara aparmaq, keçdikləri ərazilərdə yerləşən tikililər, abidələr haqqında turistlərə məlumat vermək baxımından heç bir problemləri yoxdur».
   E.Aslanov bildirdi ki, institutun tələbələri onlara edilmiş yazılı müraciət əsasında Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Fondunun, «Kristall Holl»un rəhbərliyinin, Bakı Turizm İnformasiya Mərkəzinin, Azərbaycan Turizm Assosiasiyasının tədbirlərinə cəlb olunublar. O ki qaldı bu tələbələrin buraxdıqları dərsləri mənimsəmələrinə, həmsöhbətimiz qeyd etdi ki, həmin tələbələrin dərslə bağlı heç bir problemi olmayacaq. Onlar buraxdıqları dərs saatlarının əvəzində tədbir sona çatdıqdan sonra yenidən dərsə gələcəklər. Nəzərdə tutulan dərs saatlarının hamısı mənimsənildikdən sonra bu tələbələrdən imtahan götürüləcək.    

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar