Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 26 yanvar 2023-cü il tarixində Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 21 yanvar tarixinə qədər Mədəniyyət Nazirliyinin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və  “WhatsApp” xidmətinə (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.