“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Avropa ölkələrindən Bakıya gələn qonaqlar arasında füsunkar təbiəti və müasir turizm obyektləri ilə diqqəti cəlb edən Qəbələni görmək istəyənlərin sayı gündən-günə artır. Rayonun mədəniyyət və turizm şöbəsindən verilən xəbərə görə, son bir neçə gündə müxtəlif turizm şirkətlərinin xətti ilə və fərdi şəkildə Qəbələ rayonuna Rusiya, Latviya, Almaniya, İspaniya, Makedoniya, Türkiyə, Xorvatiya, Litva və digər ölkələrdən 300-ə yaxın turist gəlib. Xarici turistlər əsasən rayondakı beşulduzlu “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sporte” hotellərində, eləcə də “Yengicə”, “Yeddi gözəl”, “Duyma”, “Xanlar”, “Selbasar”, “Sahil”, “Çənlibel”, “Ay işığı”, ”Semerana” və digər istirahət mərkəzlərində yerləşiblər. Bu turizm obyektləri gün ərzində qonaqlara milli və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərini göstərir. Son günlər turizm şirkətlərinin xətti ilə Bakıdan Qəbələyə təşkil edilən xüsusi turlarda iştirak etmək üçün 100-dən çox əcnəbi qonaq müraciət edib və onların rayona səfərləri təşkil olunub.
   Xatırladaq ki, Qəbələdə irili-xırdalı 100-dən artıq turizm-istirahət obyekti fəaliyyətdə göstərir. Ötən 5 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 17-yə çatıb. 2011-ci ildə Qəbələyə 35 min 850 turist səfər edib ki, onların 5700 nəfəri xarici vətəndaş olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar