Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“Şimal hekayələr CİZGİ ilə”) adlı ekspozisiyası yanvarın 7-də Osloda “Deichman Bjorvika” mədəniyyət mərkəzində təqdim olunacaq.

Tədbir Oslodakı Azərbaycan Evi tərəfindən təşkil ediləcək.

Sərgidə Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar nümayiş olunacaq.

Qeyd edək ki, modelyer-dizaynerin kolleksiyaları indiyədək ABŞ, Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə nümayiş etdirilib.