Mayın 18-də İstiqlal Muzeyinin ekspozisiyasında 18 May - Beynəlxalq Muzeylər Gününə və «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsinə həsr olunmuş tədbir-sərgi gerçəkləşdi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərdə Şəmsi bildirdi ki, ölkəmizdə ənənəvi olaraq qeyd olunan Beynəlxalq Muzeylər Gününün bu il Azərbaycanın paytaxtının ev sahibliyi etdiyi “Eurovision-2012» mahnı müsabiqəsi ilə üst-üstə düşməsi əlamətdar haldır. Bu günlər muzeyə gələn turistlər və əcnəbi qonaqlar burada gənc rəssamların əsərləri ilə tanış ola biləcəklər.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov İstiqlal Muzeyi və Qərb Universitetinin birgə layihəsi olan sərgini yüksək qiymətləndirdi. Qeyd olundu ki, «Eurovision-2012 qədim Odlar diyarında» adlı sərginin müəllifləri müstəqil Azərbaycanımızla həmyaşıd olan 20 yaşlı rəssamlardır və onların əsərlərində Vətənimizin gözəllikləri təsvir olunub.
   Mayın 28-dək davam edəcək sərgidə müxtəlif janrlarda 70-dən çox rəsm nümayiş olunur.    

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar