Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Almaniyanın “Spruechetante” (“Natiq”) ədəbiyyat portalında tanınmış şair Vaqif Bayatlı Odərin şeirləri oxuculara təqdim edilib.

Portalda şairin alman dilinə tərcümə edilmiş “Hər kəsdən çox”, “Uşaqlar və hərflər” və “Gül düzəldirəm adamlardan” şeirləri dərc olunub.

Şeirlərin tərcümə müəllifi Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru almaniyalı ədəbiyyatşünas Kerstin Krapsdır.

Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, portalda Vaqif Bayatlının yaradıcılığı haqqında məlumat da təqdim olunub.