Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin Türk dili kafedrasının müdiri professor Qous Mashkoor Xan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qonağı olub.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli qonaqla görüşdə Azərbaycan-Hindistan ədəbi-mədəni və elmi əlaqələrinin zəngin tarixi olduğunu bildirib. Qeyd edib ki, bu gün qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək hər iki ölkənin maraqlarına xidmət edir.

Görüşdə birgə konfransların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlərə dair söhbət aparılıb.