Fevralın 14-də Heydər Əliyev Sarayında Türkiyənin tanınmış müğənnisi Fərhad Göçərin konserti təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə böyük rəğbət qazanan müğənni öz repertuarından sevilən mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

***

Fevralın 19-da isə Bakı Konqres Mərkəzində məşhur türkiyəli ifaçı Sərdar Ortaç konsert verəcək. Sənət aləminə 1994-cü ildə "Eşq üçün" albomu ilə daxil olan müğənni “Qarabibərim” mahnısı ilə uzun müddət gündəmdə qalıb. Sərdar Ortaç Türkiyədə musiqi sahəsində bir sıra mükafatlara layiq görülüb.