Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşların növbəti qəbulu keçirilib.

İdarədən bildirilib ki, görüşdə bütün müraciətlər dinlənilib və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşların qəbulu hər ayın ilk cümə axşamı günü keçirilir.