Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun 2022-ci il üzrə sonuncu – VI buraxılışı çapdan çıxıb.

Toplu Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı” məqaləsi ilə açılır. Daha sonra millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun “Aşıq qanı” (Aşıq Mirzə Bilalın 150 illiyi münasibətilə), mərhum Xalq şairi Zəlimxan Yaqubun “Borçalı sazının Xan Kamandarı”, Aygün Qasımovanın “Şirvanın saz bülbülü” (aşıq Şakir Hacıyevin 100 illiyi ilə bağlı), Avtandil Ağbabanın “Ustad aşıq Murad Çobanoğlu”, Orxan İsayevin “Salar baba Xaridari “Oğuznamə”si” və Nərmin Həsənovanın “Xəstə Qasım irsində İmadəddin Nəsimi elementləri” məqalələri yer alıb.

Oxucular həmçinin jurnalın bu sayında Məhərrəm Qasımlı ilə müsahibəni, saz-söz ustadları Mirzə Bilal və Şakir Hacıyevin şeirlərini və s. yazılarla tanış ola bilərlər. “Yeni nəşrlər” rubrikasında isə AAB-nin ötən il nəşr etdirdiyi “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq təcnisləri”  və “Aşıq deyişmələri” kitabları haqqında məlumat verilir.