Hazırda Azərbaycanda 508 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, həmin obyektlərin 336-sı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya alıb. Lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər əsasən şimal regionunda yerləşir.
   Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 72-si ulduz kateqoriyası alıb. Onların 2-si Naxçıvan Muxtar Respublikasında yerləşir. Ümumilikdə isə Naxçıvan MR-də 20-dən çox hotel fəaliyyət göstərir. Ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin 22-si 5 ulduzludur. Onların ikisi Qəbələdə, 1-i Naftalanda, 2-si Naxçıvan Muxtar Respublikasında, qalanları isə Bakıdadır. Digər mehmanxana və mehmanxana tipli obyektlərin 33-ü 4, 15-i 3, 1-i 2, 1-i isə 1 ulduzludur.
   Nazirlik rəsmisinin sözlərinə görə, mehmanxana və mehmanxana tipli obyektlərə ulduzların verilməsi könüllülük prinsipi ilə həyata keçirilir. 

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar