Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən 2023-cü ilin təqvimi nəşr edilib. Ənənəvi təqvim bu il dahi siyasətçi, Ulu öndər Heydər Əliyevin və böyük şair-dramaturq Cavid əfəndinin qızı Turan Cavidin 100 illik yubileylərinə həsr olunub.

Təqvimdə 2023-cü il üçün əlamətdar günlər, həmçinin Ümummilli lider Heydər Əliyevin Cavidlər ailəsinin həyatında oynadığı tarixi rola dair məqamlar əksini tapıb.

Təqvimin səhifələrində H.Cavidin həyat və yaradıcılığı haqqında məlumat, cavidlər ailəsinin hər bir üzvünün fotoları və dahi şairin əsərlərindən parçalar yer alıb.