“Türkistan” TV-də “Turan Today”

 

Qazaxıstanda fəaliyyət göstərən “Türkistan” televiziya kanalında “Turan Today” xəbərlər proqramının Azərbaycan dilində xidməti fəaliyyətə başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Proqramın aparıcısı Türkistan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Tibb fakültəsinin III kurs tələbəsi Elvin Həsənovdur. O, 2001-ci ildə Azərbaycanda doğulub. Soydaşımız “Türkistan” TV-də türk dilində də proqram aparır.

“Turan Today” xəbərlər proqramında türk dövlətlərində, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə xəbərlər təqdim edilir.