Azərbaycan Turizm İnstitutunda ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Kristofer Cons və təhsil üzrə mütəxəssis Sədaqət Davudova ilə görüş keçirilib.   
   Görüşdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov təhsil ocağının fəaliyyətindən söz açıb, turizm sahəsində ali təhsillə yanaşı, peşə təhsili sahəsində də kadr hazırlığına başlandığını nəzərə çatdırıb. Kristofer Cons ABŞ səfirliyinin təşkilatçılığı ilə həftənin cümə günlərində Amerika Mərkəzində keçirilən müxtəlif tədbirlərdə ATİ-nin tələbələrinin fəallığını yüksək qiymətləndirib.
   Görüşdə amerikalı ekspertlərin ATİ-də təlimlər təşkil etməsi, Amerikada təhsil sistemi haqqında təqdimatların keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar