12 ölkəni əhatə edən marşrutun uzunluğu 21 min kilometr, müddəti 63 gündür
   
   Malayziyanın Kuala-Lumpur şəhərindən start götürən «DRB-HICOM Kembara Bumi Suci» («Müqəddəs torpağa yol») adlı turun iştirakçıları mayın 29-da Azərbaycana gəliblər.
   
   Bu barədə qəzetimizə məlumat verən «Millennium Tourism&Congress DMC»nin direktoru Ruslan Quliyev bildirdi ki, avto-moto tur şəklində həyata keçirilən səfər Malayziya, Laos, Tailand, Çin, Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, İordaniya və Ciddəni əhatə edir.
   «Müqəddəs torpağa yol» turunun Azərbaycandan keçməsi ilə bağlı bu il aprelin 14-də Bakıda keçirilən «AİTF-2012» sərgisi zamanı «Millennium» şirkəti ilə Malayziyanın “İsraqadventure” şirkəti arasında müqavilə imzalanıb: «Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Mayın 29-da Rusiyadan gələn İndoneziya, Malayziya və Rusiya vətəndaşlarından ibarət 20 nəfər tur iştirakçısını Xaçmazda qarşıladıq. «Motobayk» klubunun üzvləri də 15 nəfərlik heyətlə bizə qoşuldular. Bakı istiqamətində hərəkət edərkən Quba məzarlığına və şimal bölgəsində yerləşən tarixi və dini abidələrimizə baş çəkdik. 2 gün Bakıda qaldıqdan sonra mayın 31-də Gəncə istiqamətində turumuza davam etdik. Yolüstü Qobustan Tarix-Memarlıq Qoruğuna səfər etdik. Gəncədə Nizami türbəsini, İmamzadə ziyarətgahını, bu bölgədə yerləşən tarix-memarlıq abidələrini ziyarət etdik. İyunun 1-də tur iştirakçıları Qırmızı Körpüdən keçərək Gürcüstana gedəcəklər».
   R.Quliyev bildirdi ki, «Kembara Bumi Suci» avto-moto turunun iştirakçıları 41 gündür yoldadırlar, indiyə qədər 16 min kilometr yol gediblər. Ümumi səfər isə 63 gün nəzərdə tutulub: «Bu müddətdə tur iştirakçıları 21 min kilometrdən artıq məsafə qət edəcəklər”. Tədbirin kommersiya məqsədli olmadığını deyən şirkət direktoru qeyd etdi ki, layihə beynəlxalq mədəni marşrutlar çərçivəsində həyata keçirilir: “Məqsədimiz Azərbaycanın belə layihələrdə iştirakını artırmaq və beynəlxalq marşrutların ayrılmaz tərkib hissəsi etməkdən ibarətdir. Dünyanın aparıcı travel telekanalları bu tədbiri çəkib yayımlayacaqlar».

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar