Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçısı olan istedadların “Qış fantaziyası” adlı konserti keçirilib.

RİMM-in mətbuat xidmətindən bildirilib ki, konsertdə Zəhra Zeynalova, Aylin Babazadə, Aydan Nəsirli, Nərmin Kərimli, Ayşə Əlizadə, Gülarə Bayramova, Zümrüd Məmmədova, Nərmin Quliyeva və Fazil Əlişli (piano), Ömər Bəbirli və Nailə Növrəsli (vokal), Adnan Kərimli (zərb alətləri), Davud Rüstəmov və Zəhra Rüstəmova (tar), Elmira Dadaşova və Sura Rüfət (violin), Cəlalə İsmayılzadə (piano, violonçel), həmçinin konsertmeysterlər Lalə Bağırzadə, Dilarə Əhmədova, Svetlana Əhmədova, Arzu Səfərova çıxış ediblər.

Gənclərin ifasında Azərbaycan və dünya klassik bəstəkarlarının əsərləri alqışlarla qarşılanıb. Sonda bütün iştirakçılara diplomlar təqdim olunub.