Yerlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilir.

Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ). Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzi “Heydər Əliyevin qədim Gəncə şəhərinə qayğısı” mövzusunda tədbir keçirib. Bildirilib ki, Gəncə şəhəri hər zaman Ulu öndərin diqqət və qayğısı ilə əhatə olunub. Onun ölkəyə rəhbərliyi dövründə Gəncədə iri sənaye müəssisələri, səhiyyə, təhsil, mədəniyyət ocaqları tikilib istifadəyə verilib.

Goranboy Dövlət Rəsm Qalereyasında “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərə həsr olunmuş sərgi təşkil edilib.

Naftalan Şəhər Heydər Əliyev Mərkəzində isə “Ulu öndər Heydər Əliyevin mənalı həyatı, zəngin siyasi irsi hər birimizə örnəkdir” adlı tədbir keçirilib.

***

Ağdaş RMİ. Zərdab Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” münasibətilə Ümummilli liderin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş sənədli filmlərin nümayişinə başlanılıb.

***

Biləsuvar RMİ. Salyandakı Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon ziyalıları, tarixçilər, mədəniyyət və təhsil işçiləri çıxış edərək görkəmli dövlət xadiminin siyasi irsi və ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın keçdiyi böyük uğurlu inkişaf yolundan bəhs ediblər.

Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib, məruzələr dinlənilib.

***

Ağstafa RMİ. Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, Hüseyn Arifin Ev-Muzeyi və şəhər 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə “Əvəzolunmaz şəxsiyyət” adlı tədbir keçirilib.

Tovuz Rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Azərbaycanın özü qədər əbədi” mövzusunda konfrans və kitab sərgisi təşkil olunub. Rayonun Düz Qırıqlı kənd Musiqi məktəbində isə “Müstəqilliyimizin qarantı” mövzusunda tədbir təşkil edilib.

***

Xaçmaz RMİ. Qusar Rayon Mərkəzi Kitabxanasının oxu zalında “2023-cü il “Heydər Əliyev İli”dir” adlı sərgi təşkil edilib.

***

Kürdəmir RMİ. Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində “Xalqın lideri” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən danışıblar. Sonda “Xalqın adamı” sənədli filmi nümayiş olunub.

***

Bərdə RMİ. Tərtər Rayon Heydər Əliyev Mərkəzində “100 illik Azərbaycan tarixi – Heydər Əliyev” adlı yeni layihəyə başlanılıb. Layihə çərçivəsində keçirilən ilk tədbirdə dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna rolundan danışılıb. Ümummilli liderə həsr olunan videoçarx nümayiş etdirilib.

***

Masallı RMİ. Masallı Rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev – 100” adlı sərgi təşkil edilib. Kitabxanada, həmçinin “Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Nurəddin Məmmədli