AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadənin (Xanım Mehdixanlı) əski əlifbadan transfoneliterasiya edib nəşrə hazırladığı Xalid Xürrəm Səbribəyzadənin “Hekayələr” kitabı işıq üzü görüb. Bu barədə AMEA-dan bildirilib.

Kitabda XX əsrin əvvəllərində Türkiyədən Bakıya gəlib bir müddət “Şəlalə” jurnalının redaktoru vəzifəsində çalışmış şair, nasir, tərcüməçi Xalid Xürrəm Səbribəyzadənin Əlyazmalar İnstitutunun arxivində saxlanılan “Zəhərli çiçəklər” və “Sarı yarpaqlar” kitabları transfoneliterasiya edilib, ön sözlə nəşrə təqdim olunub.

Yeni nəşrin redaktoru filologiya elmləri doktoru Raqub Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Afaq Əliyeva və Könül Bağırovadır.