1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu birləşmələrinin Bakıda ölkəmizin ərazi bütövlüyü və xalqımızın azadlığı uğrunda meydanlarda dinc aksiya keçirən minlərlə insana qarşı törətdiyi qırğının 33-cü ildönümüdür.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar faciəsinin ildönümünə münasibətilə virtual sərgi hazırlanaraq kitabxananın saytında istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yanvarın 20-də baş verən hadisələr haqqında fikirləri, o məşum gecədə çəkilmiş fotolar, tariximizin bu hüznlü və qürurlu səhifəsinə həsr olunan kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr yer alıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilərlər.