Xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvarın 33-cü ildönümü ilə əlaqədar yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində “Unutmadıq, xatırladırıq, yaşadırıq!” adlı sərgi açılıb.

Tədbirdə Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən bəhs edilib.

“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı üzvləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Sonda tədbir iştirakçıları muzeyin fondlarında qorunub saxlanılan, şəhidlərə məxsus şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.