İstirahət obyektləri qiymətlərdə endirimlər edib
   
   Qəbələ rayonunda turizm mövsümünə hələ rəsmən start verilməsə də, artıq mayın ortalarından turistlər bu bölgəyə üz tuturlar.
   
   Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarovanın sözlərinə görə, bölgənin füsunkar təbiəti və son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi buraya işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Hər ilin yay aylarında keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın bir çox ölkələrindən musiqiçilər iştirak edir. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər: “Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa xidmət göstərmək mümkündür”.
   Şöbə müdiri rayonun müxtəlif ərazilərində turizm obyektlərinə reklam lövhələrinin qoyulduğunu, xidmət növləri və qiymətləri əks etdirən bukletlərin çap olunaraq paylandığını, turizm şirkətlərinin, jurnalistlərin iştirakı ilə Qəbələyə infoturların təşkil edildiyini bildirdi. 2008-ci ildə Qəbələdə 14 min 630, 2009-cu ildə 29 min, sonrakı iki ildə isə 66 minə yaxın turist istirahət edib.
   Rayona turist axınının artmasının səbəblərindən biri də əvvəlki illərlə müqayisədə hotel və restoran xidmətlərinin qiymətlərinə edilən endirimlərdir. Əvvəllər rayonda üçotaqlı kottecin birgünlük kirayə haqqı 120 manat olmuşdusa, bu il 80 manat təşkil edir. Qiymətlərin aşağı düşməsinə səbəb isə rayonda turizm obyektlərinin çoxluğu və onların arasındakı rəqabətlə əlaqədardır.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar