Yanvarın 27-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Orqan musiqisi axşamı” adlı konsert proqramı təşkil ediləcək.

Proqramda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası kamera orkestrinin (dirijor Üzeyir Məmmədov, solistlər Natəvan Quliyeva, Şəfəq Abdullayeva) ifasında dünya klassik musiqi nümunələri təqdim olunacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.