Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bələdçilik fəaliyyəti ilə məşğul olan 54 nəfərin adı Bələdçilərin Attestasiya Komissiyasına təqdim edilib.
   Komissiyadan qəzetimizə verilən xəbərə görə, iyunun 11-də qurumun növbəti iclası keçiriləcək. İclasda siyahıda adları yer alan şəxslərin komissiyadan keçməsi məsələsi müzakirə olunacaq. Bu şəxslər komissiyadan keçəcəkləri təqdirdə sertifikat alıb bələdçilik işini davam etdirəcəklər. Attestasiya Komissiyasının tələblərinə cavab verməyənlər isə Turizm İnstitutunun Təlim Mərkəzi tərəfindən təşkil edilən bələdçi kurslarında iştirak edəcəklər. Əks halda, onların bələdçi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar