Təsdiq edilmiş repertuar plana əsasən, 2023-cü ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, bu il teatrın səhnəsində Osman Abdullayevin “Sehrli torba”, “Tülkü və quyruq”, Astrid Lindqrenin “Uzuncorab Pippi” və Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsərləri tamaşaya qoyulacaq.
Yaradıcı kollektiv artıq “Sehrli torba” tamaşası üzərində hazırlıq işlərinə başlayıb, rol bölgüsü aparılıb. Tamaşanın rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşa uşaqlara martın sonunda təqdim olunacaq.
Nurəddin