Ucuz işçi qüvvəsi ilə...
ABŞ-nin “Apple” korporasiyası məhsullarının 25 faizini Hindistanda istehsal etməyi planlaşdırır.
Bu barədə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal məlumat verib. Onun sözlərinə görə, hazırda şirkətin bu ölkədə istehsalı ümumi məhsulunun 5-7 faizini təşkil edir.
Dekabr ayında “Apple” Hindistandan 1 milyard dollar həcmində smartfon ixrac edən ilk şirkət olub. Bu smartfonlar onun yerli bölmələri tərəfindən buraxılıb. Beləliklə, “Apple” Hindistandan ən böyük məhsul ixracatçısına çevrilərək bu göstəriciyə görə “Samsung” kompaniyasını qabaqlayıb.
Ötən il “Apple” korporasiyasının mal dövriyyəsi 400 milyard, təmiz gəliri isə 100 milyard dollara yaxın olub. Şirkətin ümumi bazar dəyəri (kapitalizasiya) isə 3 trilyon dollar həcmində qiymətləndirilir.