Azərbaycan daxilində turistlər daha çox şimal, cənub və qərb bölgələrinə maraq göstərirlər. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 12-də jurnalistlərə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Şəki-Qəbələ-Oğuz istiqamətində gedən insanların sayı daha çoxdur. Bu isə daha çox həmin rayonların iqlimi və infrastrukturu ilə bağlıdır.
   Nazir ölkənin şimal bölgəsinin də turizm imkanlarının genişləndiyini, yeni hotellərin tikildiyini deyib: “Şimal bölgəsinə gedən yolun inşasının tamamlanması nəqliyyatın daha rahat hərəkətini təmin edib. Buna görə də insanlar oraya çox maraq göstərirlər”. Aran rayonlarında da turizmin inkişafı məsələsinə toxunan nazir Kür çayının ətraf ərazilərində gözəl təbiət olduğunu, bölgədə regional inkişaf proqramları çərçivəsində müəyyən işlər görüldüyünü vurğulayıb.

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar