İyunun 7-8-də Belarusun paytaxtı Minskdə, MDB-nin İcraiyyə Komitəsində “Turizm sahəsində əməkdaşlıq haqqında” sazişin iştirakçı dövlətlərinin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
   Görüş iştirakçıları Birlik ölkələrinin turizm sahəsində qarşılıqlı fəaliyyətinin vəziyyəti və perspektivlərini, bu istiqamətdə beynəlxalq əməkdaşlıq strategiyası layihəsinin işlənib hazırlanmasının əsas istiqamətlərini, Turizm üzrə Şura haqqında sazişin həyata keçirilməsinin gedişini müzakirə ediblər. İclasda MDB məkanında turistləri istiqamətlərindən informasiyanın vahid standartları, 2013-2014-cü illərdə birlik iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində prioritet tədbirlər planı layihəsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
   Xatırladaq ki, MDB ölkələri Turizm üzrə Şurası iştirakçı dövlətlərin ərazilərində UNESCO-nun “Mədəni irs” proqramının kulturoloji təyinatlı obyektlərinin siyahısı əsasında beynəlxalq transsərhəd mədəni-öyrədici marşrutlar hazırlanması, “Milli muzey sərvətləri şəhərlərimizin küçələrində” adlı sərgi layihəsinin təşkili, beynəlxalq turizm sərgi-yarmarkalarının keçirilməsi və s. işləri əlaqələndirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar