Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” ilə bağlı layihəsi

 

Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” adlı layihəyə başlayır.

Müxtəlif rubrikalardan ibarət layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdiriləcək.

Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif illərdə iştirak etdiyi mədəni tədbirlərdən fotoşəkillər, Ulu öndərin mədəniyyət və incəsənətlə bağlı fikirləri təqdim olunacaq.