İyunun 16-17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Malibu» istirahət mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonuna infotur təşkil ediləcək. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən infotur Nabranın turizm potensialının təqdimatına həsr olunub.
   Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, tədbirin məqsədi regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaqdır.
   İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub. İnfotur iştirakçıları iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də mədəni-tarixi abidələr və rayonun təbiəti ilə tanış olacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar