80 min yaşı olan var...

 

Dünyada iqlim dəyişikliyi səbəbindən bir çox ağac növlərinin nəsli kəsilib. Lakin minilliklər ərzində zamanın sınağından, isti-soyuğundan keçib günümüzədək kökü üstə qalmağı bacaran ağaclar da var.

Bir ağacın neçə yaşı olduğunu dəqiq öyrənmək çətindir, çünki bunun üçün bir çox fərqli amillər var. Amma onların gövdəsi, qabığı, kökləri ilə bağlı elmi araşdırmalar təxmini yaşını müəyyən etməyə imkan verir.

Bu yöndə əldə olunan nəticələrə inansaq, dünyanın ən qədim ağacı ABŞ-nin Yuta ştatında, Fişleyk Milli Meşəsində yerləşir. Bu, 80 min yaşı olan Pando ağacıdır.

Jurupa palıdının yaşı 13 min ildir. Bu ağac ABŞ-nin Kaliforniya ştatında, Jurupa dağlarında bitir. Ağacın növü Palmer palıdıdır və 2009-cu ildə aşkar edilib.

2008-ci ildə İsveçin Dalarna əyalətinin Fulufjället dağında aşkar edilmiş Tjikko ağacının isə 9500 yaşı var.

Uelsin Konvey əyalətindəki Llangernyw kəndindəki Digain kilsəsinin həyətində bitən  “Llangernyw Yew”in isə 5 min ilə yaxın yaşı olduğu bildirilir.