Ukraynanın Odessa şəhəri UNESCO-nun “Təhlükədə olan Dünya İrsi Siyahısı”na daxil edilib.
Bu barədə yanvarın 25-də UNESCO-nun Dünya İrs Komitəsinin 18-ci (növbədənkənar) sessiyasında qərar qəbul edilib. Sessiyada Ukraynanın təqdim etdiyi “Odessa liman şəhərinin tarixi mərkəzi” dosyesinin sözügedən siyahıya salınması dəstəklənib.
“Bundan sonra dəniz kənarındakı mirvarimizi Rusiyanın Ukraynaya qarşı dağıdıcı təcavüzündən qorumaq üçün UNESCO-nun əlavə mühafizəsini alacağıq. Bu mühüm qərardan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi, UNESCO üzrə Ukrayna Milli Komissiyası, Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Odessa Şəhər Şurası uzun və əziyyətli iş görüb”, – deyə Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova bildirib.
Nazir müavini bu dosyenin təbliğində və Ukrayna mədəni irsinin qorunmasına dəstək verən tərəfdaşlara ölkəsi adından təşəkkür edib.