Turizm İnstitutunda əmək yarmarkası
   
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən «Karyerada ilk addım» devizi altında təşkil edilən tədbirlər silsiləsindən növbəti yarmarka iyunun 12-də Azərbaycan Turizm İnstitutunda gerçəkləşib. Ali təhsil ocaqlarını bitirmək ərəfəsində olan tələbələrlə müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən tədbirdə iştirakçılara 3 dövlət, 54 qeyri-dövlət müəssisəsi tərəfindən 405 boş iş yeri təklif olunub.
   Yarmarkada qeyri-neft sektoru üzrə tanınmış müəssisə və şirkətlərdən “European Tobacco-Baku” ASC, “Azərsun Holding” MMC, “Veysəloğlu Yaycılı Qardaşlar” MMC, “İmprotex Travel” MMC, “Atəşgah” Sığorta şirkəti, “Ataturizm” MMC, “Paşa Travel” MMC, Qobustan Dövlət Tarix və Bədii Qoruğu və s. iştirak ediblər.
   Qeyd edək ki, indiyədək Bakı şəhərində “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 903 işəgötürən müəssisə və şirkət iştirak edib. 1184 işəgötürən təşkilat tərəfindən 7510 vakant iş yeri təklif olunub. Tədbirlərə gələn iş axtaran vətəndaşlardan 2185 nəfərə göndəriş verilib, 1134 nəfər isə münasib işlə təmin edilib. “Karyerada ilk addım” silsiləsindən növbəti tədbir bu il iyun ayının 22-də Qafqaz Universitetində təşkil ediləcək.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar