Özbəkistanın www.xabar.uz, darakchi.uz, azon.uz, www.qalampir.uz, marifat.uz saytlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların buna etiraz olaraq keçirdikləri aksiya barədə məqalələr dərc edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, yayımlanan məqalələrdə Ermənistanın otuz ilə yaxın davam etmiş işğalı zamanı Azərbaycan torpaqlarında törətdiyi dağıntılar, tarixi-mədəni və dini abidələrə qarşı vandalizm, həmçinin ərazilərimizdə əsl ekoloji terror həyata keçirməsi, flora və faunanın məhv edilməsi bərədə məlumatlar yer alıb.
Məqalələrdə qeyd olunur ki, Azərbaycan dövləti öz suveren hüququndan istifadə edərək bu cinayətlərə və ziyana görə Ermənistana qarşı beynəlxalq instansiyalarda vəsatət qaldıra bilər.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terrorun hazırda davam etməsinə etiraz olaraq azərbaycanlı ekofəallar tərəfindən artıq iki aydır Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya da məqalələrdə geniş işıqlandırılıb.