Azərbaycanın 2012-ci il üzrə «Əfsanələr Paytaxtı» elan edilən Gədəbəydə layihə çərçivəsində daha bir tədbir keçirilib. İyunun 11-də Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsində baş tutan tədbir 2011-ci ildə əsası qoyulan «Bələdçi» turizm klubunun təqdimatına həsr olunub.
   Rayon mədəniyyət evinin müdiri Etibar Məmmədovun qəzetimizə verdiyi məlumata görə, turizm klubu mədəniyyət evinin nəzdində yaradılıb. Klub rayonun tarixi abidələri və təbiət mənzərələrinin təbliğatı istiqamətində işlər görəcək.
   Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, klubun 25 nəfər üzvü var. Burada rayona gələn qonaqlara yay-qış turizmi, kənd turizmi və s. istiqamətlər haqqında məlumatlar veriləcək, eyni zamanda mövcud turizm marşrutları təklif ediləcək.
   Qeyd edək ki, bu məqsədlə xüsusi bukletlər da hazırlanıb. Kluba üzv olan bələdçilərə həftədə bir dəfə turizmə aid təlimlərin keçirilməsi də nəzərdə tutulur.   

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar