Ağstafa Rayon Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onların mənəvi-estetik zövqünün formalaşması məqsədilə əyləncəli proqram və “Qırmızıpapaq” tamaşası nümayiş olunub.
Rus yazıçısı Yevgeni Şvartsın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən, Ağstafa Gənclər evi könüllülərinin rol aldığı tamaşanın quruluşçu rejissoru Oruc Mansurovdur.
Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləməkdir.