Şirvan şəhərində dəyirmi masa
   
   İyunun 13-də növbəti tədbir Şirvan şəhərində baş tutub. Mərkəzin Hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin və Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən “Turizmin regionların iqtisadi inkişafına təsiri və prioritet istiqamətləri” mövzusundakı dəyirmi masada turizm, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar və digər mütəxəssislər iştirak edib.

   Mərkəzin direktor müavini Polad Zeynalov tədbiri açaraq turizmin regionların sosial-iqtisadi vəziyyətinə təsiri barədə məlumat verib. Mərkəzin şöbə müdiri Məzahir Qarayev ölkəmizin təbii, tarixi, mədəni sərvətləri ilə unikal turizm ehtiyatlarına malik olmasından, zəngin milli-mədəni irsimiz, qonaqpərvərlik ənənələrimizdən söz açıb.
   ATİ-nin müəllimi Çingiz Gülalıyev “Kənd turizmini formalaşdıran amillər” mövzusunda məruzə ilə çıxış edib, bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin, quruculuq işlərinin turizmin inkişafına müsbət təsirindən danışıb.
   Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasov “Şirvan şəhərində turizmin mövcud durumu və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
   Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Elmira Ağayeva, Heydər Əliyev Mərkəzinin direktoru Samirə Abışova, tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbir iştirakçılarının turizm fəaliyyətinin stimullaşdırılması, kadr çatışmazlığı problemlərinin həlli, turistlərin regiona cəlb olunması və s. sualları cavablandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar