Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində ədəbiyyat üzrə Nobel mükafatını almış (1907) ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” kitabları əsasında hazırlanan “Mauqli” tamaşanın premyerası keçiriləcək.

Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, ”Cəsur kapitanlar”, “Puk təpəsindən gələn Pak”, “Mükafatlar və pərilər ” adlı əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub.

Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında uşaq tamaşaları hazırlanıb, bədii filmlər və cizgi filmləri ekranlaşdırılıb.

Gənc Tamaşaçılar Teatrında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar  Nurlan Süleymanlı, Aybəniz Heydərova, Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Elgün Yəhyayev, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Asya Atakişiyeva, Gülbəniz Lətifova, Xəyalə Qasımova ifa edirlər.