Bloger və jurnalistlərin forumu keçirilib

 

Yanvarın 30-da Bakıdakı Milli Gimnastika Arenasında Azərbaycan Gəncləri Günü münasibətilə “Yeni trendlər və gənclər” adlı bloger və jurnalistlərin forumu keçirilib.

Forumun açılışında gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.

Nazir qeyd edib ki, bu həftə ölkəmizdə “Gənclər həftəsi” elan olunub. Bu çərçivədə silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Gənclərlə builki görüşümüz də fərqli formatdadır. Ölkəmizdə 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini deyən nazir ümidvar olduğunu bildirib ki, forum gənclər arasında şəbəkələşmənin inkişafına böyük töhfə verəcək.

Sonra söz blogerlərə verilib. Onlar gəncləri narahat edən problemlərin həlli, şəbəkələşmənin yaradacağı yeni imkanlar və sosial şəbəkələrdə cəmiyyətin maarifləndirilməsi istiqamətində görüləcək işlər barədə danışıblar.