Azərbaycanın Tehrandakı Səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov yanvarın 30-da Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin cənazəsi yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.