Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında tanınmış kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədovla görüş keçirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, kitabxana və muzeylərin əməkdaşları iştirak ediblər.

Fuad Məmmədov kulturologiya elminin əsasları, "Kulturologiya" kitabı haqqında ətraflı məlumat verib, rəhbərlik etdiyi "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının həyata keçirdiyi layihələr barədə danışıb. Alim kulturologiya elmini tədris etdiyi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyətindən də söhbət açıb.

Görüş kulturologiya elminin cəmiyyət üçün əhəmiyyəti mövzusunda fikir mübadiləsi ilə davam edib.

Sonda professor oxucuların suallarını cavablandırıb.