Son vaxtlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, həmvətənlərimizin Yaponiyaya səfərlərinin intensivləşməsi, Tokiodakı səfirliyimiz tərəfindən ölkəmizin tanıdılması istiqamətində atılan addımlar yaponlarda böyük maraq doğurub. Azərbaycanın Yaponiyadakı səfirliyi ölkəmizə səfər etmək istəyənlərə hər cür kömək göstərməyə çalışır. Yaponiyada geniş yayılan “Nikkei” jurnalının son vaxtlar nəşr olunmuş müxtəlif nömrələrində Bakının turizm obyektləri, Naxçıvandakı “Duzdağ” fizioterapevtik mərkəzi və Naftalanın müalicəvi nefti haqqında geniş məqalələr dərc edilib. Yaponiyanın televiziya kanallarında Azərbaycanla bağlı verilişlər hazırlanır. Həmin verilişlərdə ölkəmizin turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz və rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar veriləcək. Hazırda “Tourism power” konsaltinq şirkətinin veb-saytında Azərbaycanla bağlı geniş səhifənin yaradılması istiqamətində iş aparılır və bu addım Yaponiyanın turist şirkətlərini ölkəmizə yönəltmək baxımından xüsusi əhəmiyyətə malikdir.
   Yaponiyanın kitab mağazalarında Azərbaycanla bağlı yapon dilində ədəbiyyatın azlığı nəzərə alınaraq tanınmış yapon nəşriyyatı ilə birlikdə ilk dəfə olaraq xüsusi bələdçi kitabı hazırlanır. Bu kitabın yüksək tirajla nəşri və Yaponiyanın bütün bölgələrindəki kitab mağazalarına göndərilməsi nəzərdə tutulur.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar